BONA FIDE

adj lat. 1. vicdanlı, insaflı, namuslu, düz, təmiz, səmimi; ~ purchaser vicdanlı / insaflı alıcı; ~ competition id. eyni şəraitə söykənən / eynişəraitli yarış; 2. əsl, həqiqi, xalis; the ~ poor əsl / həqiqi kasıblar

BONA
BONANZA
OBASTAN VİKİ
Savoyyalı Bona
Savoyyalı Bona (it. Bona di Savoia) (10 avqust 1449, Avigliana qəsri[d], Pyemont – 17 noyabr 1503, Fossano[d], Pyemont) — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. 1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq kraldan intiqamını almış oldu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu. == Mənbə == Caterina Santoro, Gli Sforza, Tea Storica, pp.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
FİDE dünya reytinqi
Fédération Internationale des Échecs (FİDE) beynəlxalq şahmat turnirlərini idarə edən və təşkil edən şahmat qurumudur. FİDE hər ay "Ən yaxşı 100 oyunçu", "Ən yaxşı 100 qadın oyunçusu", "Ən yaxşı 100 gənc oyunçu" və "Ən yaxşı 100 gənc qız oyunçu" siyahılarını nəşr edir. Bütün bu siyahılar hazırlanarkən şahmat oyunçularının izafi bacarıq səviyyələrini ölçmək üçün istifadə olunan dərəcələndirmə sistemi olan Elo reytinq sistemindən istifadə olunur. == Ən yaxşı oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 oyunçu: == Ən yaxşı qadın oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 qadın oyunçu: == Ən yaxşı gənc oyunçular == Şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc oyunçu: == Ən yaxşı gənc qız oyunçular == Qadın şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc qız oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc qız oyunçu: == Ən yaxşı ölkələr == FİDE ölkələrin reytinqini 2 siyahıya görə hazırlayır. Birinci siyahı ölkənin ən yaxşı 10 şahmat oyunçusunun dərəcəsinə görə, digər siyahı isə ən yaxşı 10 qadın şahmat oyunçusunun dərəcəsinə görədir.
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib. == Ümumi məlumat == FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib . == İştirakçılar == Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar. Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar. == Favoritlər və seçilənlər == Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi. Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).